“Cənub Qaz Dəhlizi” aktivlərini 35% artırıb
Energetika
- 20 iyun, 2018
- 14:00
Bakı. 20 iyun. REPORT.AZ/ “Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) cəmi aktivləri bu il yanvarın 1-nə 11 087,769 mln. ABŞ dolları təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 34,8% çoxdur.
2017-ci ildə CQD-nin uzunmüddətli aktivləri 40,1% artaraq 10 896,9 mln. dollar, cari aktivləri isə 57,7% azalaraq 190,869 mln. dollar olub.
Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 47,05% artaraq 7 767,131 mln. dollar, o cümlədən uzunmüddətli öhdəlikləri 61,1% artaraq 7 320,932 mln. dollar, cari öhdəlikləri isə 39,5% azalaraq 446,199 mln. dollar, cəmi kapitalı isə 12,75% artaraq 3 320,638 mln. dollar, o cümlədən nizamnamə kapitalı 38,8% artaraq 2 415,8 mln. dollar təşkil edib.
Son xəbərlər
02:52
DÇ-2026: Norveç İraqla oyunda fasiləyə öndə yollanıb - YENİLƏNİR-4
Futbol02:37
Didye Deşam: "Seneqal ilk hissədə bizə çətinlik yaratdı"
Futbol02:37
Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzi ölkələrini əhatə edəcək
Digər ölkələr02:15
Türkiyə parlamentinin iş müddəti uzadılıb
Region01:37
Paris və Kiyev müdafiə innovasiyaları sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Digər ölkələr01:30
Rəşad Sadıqov: "Konfrans Liqasındakı rəqibimiz çox təcrübəli komandadır"
Futbol01:29
Maykl Olise Fransa - Seneqal matçının ən yaxşı futbolçusu olub
Futbol01:25
Mbappe dünya çempionatları tarixində bombardirlər sırasında üçüncü yerə yüksəlib
Futbol01:04
Foto