Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq

Energetika
  • 03 iyul, 2026
  • 18:49
Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq

Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, buna səbəb ​payız-qış mövsümünə hazırlıq işləridir.

Bununla əlaqədar olaraq iyulun 6-sı saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Heydər Əliyev prospektinin, Azərbaycan, M.Hüseynzadə və 20 Yanvar küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.