Bu il "Şahdəniz" yatağından qaz və kondensat hasilatı sabit qalıb

Energetika
  • 06 noyabr, 2025
  • 14:09
Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

Bu ilin yanvar-sentyabr aylarında "Şahdəniz" yatağından ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 21 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.

"Report" xəbər verir ki, bu barədə yatağın operatoru "BP-Azerbaijan" şirkətinin tərəfdaşları ilə birgə üçüncü rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Hesabat dövründə "Şahdəniz" yatağından qaz hasilatının həcmi ötən ilin 9 ayının göstəriciləri ilə müqayisədə qaz və kondensat hasilatının həcmi eyni qalıb.

Üçüncü rüb ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 75,7 milyon (ildə 27,6 milyarddan artıq) standart kubmetrdir.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), "LUKoil" (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10,00 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti