Bu il Ceyhan limanından 149 milyon barelə qədər BTC nefti nəql edilib
Energetika
- 01 oktyabr, 2021
- 09:26
Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 148,892 milyon barel xam neft nəql edib.
“Report” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 205 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
Ümumilikdə indiyə qədər limandan 3 milyard 719,9 milyon barelə yaxın xam neft 4 864 tankerə yüklənib.
BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.
Son xəbərlər
09:51
İngiltərə millisinin futbolçusu Cordan Henderson zədələnib
Futbol09:38
Harri Keyn dünya çempionatlarının pley-off mərhələlərində Qari Linekerin rekordunu təkrarlayıb
Futbol09:34
Oğuza istirahətə gedən kişi ölüb
Hadisə09:32
FHN: Ötən həftə 583 yanğına çıxış olub, 15 nəfərin meyiti aşkarlanıb
Hadisə09:21
Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika09:16
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Digər ölkələr09:11
Paşinyan Rusiyaya yola düşüb
Region09:08
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.07.2026)
Maliyyə09:08