BTC vasitəsilə neft ixracı oktyabrda 2 % artıb
Energetika
- 11 dekabr, 2024
- 14:11
Bu ilin oktyabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracı gündəlik orta hesabla 595 min barel təşkil edib.
"Report" xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında məlumat verilib.
“Sentyabr ayı ilə müqayisədə BTC boru kəməri ilə ixrac 51 min barel (və ya 9 %) artaraq oktyabrda orta hesabla 595 min barel səviyyəsinə çatıb”, - neft kartelinin hesabatında bildirilib.
Ötən ilin oktyabr ayı ilə müqayisədə 2024-cü ilin oktyabrında BTC ilə neft nəqlinin həcmi 2 % (və ya gündəlik 10 min barel) artıb.
Qeyd edək ki, 1 768 km uzunluğunda olan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 2006-cı ilin iyununda istismara verilib.
Son xəbərlər
22:01
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
Fərdi21:47
WP: ABŞ kəşfiyyatı Trampa Netanyahunun İranla sazişi poza biləcəyi barədə xəbərdarlıq edib
Digər ölkələr21:39
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İsraili məğlub edib
Komanda21:37
İstanbulda Sabiha Gökçen Hava Limanına gedən metro qatarı relsdən çıxıb
Region21:23
Makron "istəklilər koalisiyası"nın növbəti görüşünün tarixini açıqlayıb
Digər ölkələr21:09
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstana məğlub olub
Komanda21:01
Makron üçüncü ölkələrdə miqrantların qaytarılması üzrə mərkəzlərin yaradılmasına qarşı çıxıb
Digər ölkələr20:38
Foto
Ərdoğan Sinqapurun Baş naziri ilə regional məsələləri müzakirə edib
Region20:35