BTC regional neft tədarükünə yaxşı inteqrasiya olunmuş müstəqil strukturdur

Energetika
  • 25 sentyabr, 2025
  • 11:51
BTC regional neft tədarükünə yaxşı inteqrasiya olunmuş müstəqil strukturdur
Aleksandr Yerşov

Bakı-Tbilisi-Ceyhan (BTC) regional neft tədarükünə yaxşı inteqrasiya olunmuş böyük və müstəqil bir strukturdur.

"Report" xəbər verir ki, bunu "Thompson Reuters"ın Moskva bürosunun əmtəə bazaları və energetika xəbərlərinin baş redaktoru Aleksandr Yerşov Bakıda "Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, kəmər Rusiya mənbələrindən asılı olmadan işləyir: "Mən xüsusi olaraq son zamanlarda baş vermiş orqanik xloridlərlə çirklənməsi böhranını qeyd etmək istəyirəm. Çünki 2019-cu ildə "Transneft" şirkətində oxşar vəziyyət var idi. Lakin buna baxmayaraq, BTC-nin orqanik xloridlərlə çirklənməsi dalğası ilə necə mübarizə aparması, belə demək olarsa, bunun böyük və müstəqil bir struktur olduğunu, regional neft tədarükünə yaxşı inteqrasiya olunduğunu göstərir. BTC bunu minimal itkilərlə keçirdi".

O bildirib ki, BTC ilə yanaşı, müxtəlif diversifikasiya istiqamətləri üzrə inkişaf da diqqət çəkir: "Söhbət əlbəttə ki, təbii qazdan gedir. Biz Azərbaycandan Suriyaya son tədarüklər haqqında bilirik. Bu pərakəndə ticarətdir. SOCAR İtaliyada böyük yanacaqdoldurma stansiyaları şəbəkəsinin alınması barədə razılaşıb".

A.Yerşovun fikrincə, Xəzər dənizindəki ən böyük karbohidrogen tədarükçülərinin tranzit qovşağı inkişaf edəcək və tranzit imkanlarının artması ilə daha çox müstəqillik əldə olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti