BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 46 %-dək artıb
Energetika
- 16 mart, 2021
- 13:47
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 5 mln 800,5 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 76,5 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Bu ilin ilk iki ayında neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 7,5 % az olub.
Bu ilin yanvar-fevral ayları ərzində BTC vasitəsilə 4 mln 437,2 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq ayı ilə müqayisədə 11,8 % azdır.
Dövr ərzində BTC kəməri ilə 393,1 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 45,7 % çoxdur.
Son xəbərlər
13:48
Mark Rütte Kiyevdə səfərdədir
Digər ölkələr13:44
İspaniyalı futbolçu "Barselona"ya qayıtmaq istəyir
Futbol13:38
Foto
BANM rektoru: "Tələbələrin rəqəmsal ixtisaslara marağı ali təhsil üçün çağırışdır"
İKT13:36
İşəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr açıqlanıb - SİYAHI
Sosial müdafiə13:28
Azərbaycan millisinin sabiq futbolçusu II Liqa klubu ilə vidalaşıb
Futbol13:27
Azərbaycanlı turistlərin xaricdə yerləşmə vərdişləri dəyişir – ARAŞDIRMA
Turizm13:19
Foto
Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb
Futbol13:15
Yanvarda 2 halda narkotiklərin PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb
Hadisə13:12