BTC ilə neft ixracının həcmi dekabrda 1 % artıb
Energetika
- 12 fevral, 2025
- 14:20
Ötən ilin dekabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri ilə gündəlik neft ixracının həcmi orta hesabla 609 min barel olub.
“Report” xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında məlumat verilib.
“Noyabr ayı ilə müqayisədə dekabrda BTC ilə ixrac sutkada 47 min barel və yaxud 7 % azalaraq gündəlik orta hesabla 609 min barelə çatıb", - hesabatda qeyd edilib.
Ötən ilin dekabr ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə BTC ilə nəqlin həcmi sutkada 1 % və yaxud 5 min barel artıb.
Xatırladaq ki, BTC 2006-cı il iyulun 13-də istismara verilib. Onun uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən və 1 076 km Türkiyə ərazisindən keçir.
Son xəbərlər
00:12
Foto
DÇ-2026: ABŞ - Avstraliya oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Futbol00:07
"Times": Starmer yaxın günlərdə istefa vermək barədə qərar qəbul edə bilər
Digər ölkələr23:47
Osloda səyyar konsulluq xidməti təşkil olunub
Xarici siyasət23:31
Tramp Kubada rəhbərliyin dəyişdirilməsi əməliyyatını istisna etməyib
Digər ölkələr23:07
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
Digər ölkələr22:51
İstanbulda metro qatarının relsdən çıxmasının səbəbi bəlli olub, üç nəfər xəsarət alıb - YENİLƏNİB
Region22:46
ABŞ Senatında Rusiya aktivləri hesabına Ukrayna üçün silah almaq təklif olunub
Digər ölkələr22:29
"The Telegraph": Bedford yaxınlığında iki qatar toqquşub
Digər ölkələr22:21