BTC ilə neft ixracının həcmi avqustda 17 % azalıb
Energetika
- 14 oktyabr, 2024
- 13:48
Bu ilin avqust ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri ilə gündəlik neft ixracının həcmi orta hesabla 568 min barel olub.
“Report” xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında məlumat verilib.
“İyul ayı ilə müqayisədə avqustda BTC ilə ixrac sutkada 119 min barel və yaxud 17 % azalaraq gündəlik orta hesabla 568 min barelə enib", - hesabatda qeyd edilib.
Ötən ilin avqust ayı ilə müqayisədə isə BTC ilə nəqlin həcmi sutkada 5 % və yaxud 76 min barel azalıb.
Xatırladaq ki, BTC 2006-cı il iyulun 13-də istismara verilib. Onun uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən və 1 076 km Türkiyə ərazisindən keçir.
Son xəbərlər
06:44
Kurasaonun qapıçısı Eloy Rom Ekvadorla oyunun ən yaxşısı adına layiq görülüb
Futbol06:24
"Axios": ABŞ İranın bloklanmış səhmlərini qismən açmağa hazırdır
Digər ölkələr06:00
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Elm və təhsil05:55
DÇ-2026: Ekvador Kurasao millisinə qalib gələ bilməyib - YENİLƏNİB-3
Futbol05:50
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Elm və təhsil05:22
Vens: Livanda vəziyyət yaxşılaşır, ABŞ davamlı atəşkəs üzərində işləyir
Digər ölkələr04:56
Kolumbiyada prezident seçkilərinin ikinci turu keçiriləcək
Digər ölkələr04:29
Fildişi Sahili millisinin baş məşqçisi Emers Fae: "Futbolçularımla qürur duyuram"
Futbol04:22