"Brent" markalı neftin qiyməti 68 dollara yaxınlaşır

Energetika
  • 16 fevral, 2026
  • 10:16
Brent markalı neftin qiyməti 68 dollara yaxınlaşır

Dünya bazarlarında neftin qiymətlərində artım müşahidə olunur.

"Report" xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti əvvəlki bağlanışa nisbətən 0,09 % artaraq bir barel üçün 67,81 ABŞ dolları təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,11 % artaraq 62,82 ABŞ dollarına çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti