"Brent" markalı neft 27 aylıq fasilədən sonra 60 dollar/bareli ötüb

Energetika
  • 27 oktyabr, 2017
  • 15:12
Brent markalı neft 27 aylıq fasilədən sonra 60 dollar/bareli ötüb

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Brent" markalı neftin qiyməti 60 dollar/bareli ötüb. 

"Report" xəbər verir ki, "Brent" markalı neftin qiyməti 27 aydan sonra ilk dəfə bu həddə çatıb. 

Bununla da neftin qiyməti son 9 həftənin 8-ci həftəsini artımla bitirməyə hazırlaşır. Neftin qiymətinin artmasına səbəb OPEC+ anlaşmasının uzadılması gözləntiləri ilə əlaqədar olduğu bildirilir. 

Qeyd edək ki, OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələr neft hasilatının azaldılması ilə bağlı anlaşmanın uzadılmasını noyabrın 30-da Vyana şəhərində müzakirə edəcəklər.