BP İrandan neft alacaq
Energetika
- 26 aprel, 2016
- 06:21
Bakı. 26 aprel. REPORT.AZ/ İran Milli Neft Şirkəti (NİOC) və BP şirkəti neft satışı üzrə anlaşma sənədi imzalamağa hazırlaşır. "Report" İranın "Mehr" xəbər agentliyinə istinadən bildirir ki, "Royal-Dutch Shell" şirkətindən sonra BP də neft almaq üçün NİOC-la görüşlərə başlayıb.
NİOC-un beynəlxalq əlaqələr üzrə icraçı direktoru Seyid Möhsün Qamsari BP şirkəti ilə görüşlərin keçirildiyini təsdiqləyib. O, bildirib ki, əgər anlaşma əldə olunarsa, BP-yə satılan neft Şimali Afrika və ya digər ölkələrin neft emalı zavodlarına göndəriləcək.
Qeyd edək ki, BP şirkəti İran qazına görə borclu şirkətlərdən biridir. Belə ki, İran qazına görə ödəniləcək vəsait sanksiyalar tətbiq edildiyi zaman B.Britaniya hökuməti tərəfindən dondurulub.
Son xəbərlər
16:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
Biznes16:46
Nyu-York evtanaziyanı qanuniləşdirən 14-cü ABŞ ştatı olub
Digər ölkələr16:38
"Hall Siti" Konstantinos Tsolakisi transfer edib
Futbol16:34
Sibiqa İsveçin Rusiya gəmisi ilə bağlı qərarını alqışlayıb
Digər ölkələr16:31
Abşeronda özünü müştəri kimi təqdim edərək mənzildən qızıl oğurlayan şəxs saxlanılıb
Hadisə16:30
"Kapital Bank"ın istiqrazlarına 300-dən çox investor maraq göstərib
Maliyyə16:28
Foto
Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər
Daxili siyasət16:23
Ukrayna antikorrupsiya orqanları Olqa Stefanişinaya qarşı yeni ittihamlar irəli sürüblər
Digər ölkələr16:22