BP gəmiləri hələlik Hörmuz boğazından keçməyəcək
Energetika
- 31 iyul, 2019
- 11:13
Böyük Britaniyanın “British Petroleum” (BP) şirkəti ölkəsinin İranla aralarında mövcud gərginliklə bağlı yaxın zamanda Hörmüz boğazından neft daşımağı nəzərdə tutmur.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə direktoru Brayan Gilvari bildirib.
“Yaxın gələcəkdə şirkətin bayrağı altında heç bir tanker Hörmüz boğazından keçməyəcək. BP Fars körfəzindən neft daşımaq üçün çarter gəmilərindən istifadə edir”, - B.Gilvari qeyd edib.
Son vaxtlar Böyük Britaniya və İran arasında qarşılıqlı tanker həbslərindən sonra BP artıq üç həftədir Hörmüz boğazından öz gəmilərilə neft daşımaları həyata keçirmir.
Son xəbərlər
16:45
"Qaradağ Şüşə Zavodu" özəlləşdirilib
Biznes16:44
ADY bu ilin altı ayında 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb
İnfrastruktur16:36
Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
İnfrastruktur16:29
"AzerTelecom" və "DE-CIX"in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – "AZE-İX" istifadəyə verilir
İKT16:21
"Araz-Naxçıvan" braziliyalı qapıçı Artur Auqusto Da Silvanı heyətinə qatıb
Futbol16:19
Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlanıb
Futbol16:17
Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH
Analitika16:14
Azərbaycanda I yarımildə 500-ə yaxın şəxs dövlətdən kirayəyə mənzil götürüb
İnfrastruktur16:07