Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 2 %-ə yaxın artıb

Energetika
  • 14 noyabr, 2025
  • 15:29
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 2 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 33 milyard 010,6 milyon kubmetr qaz nəql edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 0,5 % çoxdur.

Hesabat dövrünə qazın nəqlinin 58 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 19 milyard 136,9 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 1,6 % çoxdur.

Cənubi Qafqaz boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti