Babək rayonunun Cəhri qəsəbəsi və Gülşənabad kəndində işıq olmayacaq
- 14 sentyabr, 2025
- 15:53

Babək rayonunun Cəhri qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr olacaq
"Azərişıq" ASC-dən "Report"un yerli bürosunun məlumatına görə, 15-19 sentyabrda rayonunun Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişində gün ərzində fasilələr olacaq.
Bu müddət ərzində 35/10 kV-luq Cəhri yarımstansiyasından qidalanan 10 kV-luq Cəhri-1, Cəhri-2 və Cəhri-3 hava xətlərində payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçiriləcək.
Plan üzrə xətlərə toxunan ağacların kəsilməsi, boş sallanmış naqillərin çəkilərək bərkidilməsi, KTM-lərin (komplekt transformator məntəqələri) təmiri və ətrafının təmizlənməsi işləri görüləcək.
Bununla əlaqədar olaraq, Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişi arabir dayandırılacaq.