"Azəriqaz" bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
- 30 dekabr, 2025
- 14:12
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
"Report" "Azəriqaz"a istinadən xəbər verir ki, bayram günlərində Birliyin Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 31 dekabr və 2026-ci il yanvar ayının 01-03 tarixlərində fəaliyyət göstərəcək.
Xidmət Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt Regional Qaz İstismar İdarələri (RQİİ) inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq. Bakı RQİİ-nin inzibati binasında 31.12.2025 - 04.01.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək, həmçinin Sumqayıt RQİİ-nin inzibati binasında, Abşeron, Qaradağ və Xəzər Xidmət sahələrində 31.12.2025 - 03.01.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək abonentlərə xidmət göstəriləcək. Eləcə də Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.
31.12.2025-04.01.2026-cı il tarixlərində "ASAN Kommunal" və "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür.
Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə məlumat versinlər.