Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI
- 16 dekabr, 2025
- 13:54
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 22 ölkəyə 22 milyon 132 min 445,56 ton həcmində neft ixrac olunub.
Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Rumıniya və Almaniya daxil olub.
Ötən 11 ayda Azərbaycan İtaliyaya 6 milyard 524 milyon 604,65 min ABŞ dolları dəyərində 12 milyon 670 min 719,72 ton, Çexiyaya 742 milyon 159,08 min ABŞ dolları dəyərində 1 milyon 59,25 ton, Xorvatiyaya 666 milyon 587,01 min ABŞ dolları dəyərində 1 milyon 255,21 min ton xam neft ixrac edib. Rumıniyaya 559 milyon 691,19 min ABŞ dolları dəyərində 1 milyon 43,111 min ton və Almaniya 502 milyon 18,65 min ABŞ dolları məbləğində 956 min 716 ton neft tədarük edilib.
Aşağıdakı cədvəldə Azərbaycanın bu ilin 11 ayı ərzində neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:
| № | Ölkələr | Miqdar (ton) | 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən | Statistik dəyər (min ABŞ dolları) | 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən |
| 1 | İtaliya | 12 670 719,72 | + 28,5 % | 6 524 604,65 | +6,2 % |
| 2 | Çexiya | 1 405 059,25 | -11,3 % | 742 159,08 | -24 % |
| 3 | Xorvatiya | 1 255 021,16 | -12,6 % | 666 587,01 | -23,6 % |
| 4 | Rumıniya | 1 043 111,41 | +1,7 dəfə | 559 691,19 | +1,5 dəfə |
| 5 | Almaniya | 956 716,48 | -4,5 % | 502 018,65 | -21 % |
| 6 | Portuqaliya | 803 374,35 | -20,1 % | 430 730,82 | -31,8 % |
| 7 | Yunanıstan | 590 674,03 | +2,6 dəfə | 313 840.72 | +2,2 dəfə |
| 8 | Böyük Britaniya | 514 926,69 | -20,8 % | 273 052,39 | -30,1 % |
| 9 | İrlandiya | 524 907,84 | +3 dəfə | 267 776,63 | +2,4 dəfə |
| 10 | Tunis | 370 471,31 | -16,5 % | 198 705,68 | -28,7 % |
| 11 | Niderland | 360 687,86 | +2,1 dəfə | 182 857.88 | +1,7 dəfə |
| 12 | Fransa | 281 055,52 | +3,1 dəfə | 143 049,38 | +2,5 dəfə |
| 13 | Hindistan | 250 122,21 | -78,6 % | 126 113,14 | -82,7 % |
| 14 | İsveçrə | 172 862,46 | -* | 96 641,78 | -* |
| 15 | Bolqarıstan | 169 525,7 | +2,1 dəfə | 92 288,51 | +2 dəfə |
| 16 | Avstriya | 177 544,30 | +2,1 dəfə | 87 951,93 | +1,8 dəfə |
| 17 | Tailand | 137 785,75 | -63,4 % | 75 910,84 | -67,6 % |
| 18 | İndoneziya | 130 925,36 | -* | 72 131,22 | -* |
| 19 | Türkiyə | 142 382,68 | -61,5 % | 68 994,28 | -65,8 % |
| 20 | Danimarka | 88 157,38 | -* | 49 689,27 | -* |
| 21 | İspaniya | 82 575,87 | -* | 38 585,23 | -* |
| 22 | Gürcüstan | 3 838,22 | -* | 1 586,27 | -* |
| Cəmi | 22 132 445,56 | + 2,7 % | 11 514 966,53 | -13,4 % |
-* Ötən ilin eyni dövründə tədarük olmayıb.