Azərbaycanın magistral neft kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlirlər açıqlanıb

Energetika
  • 02 dekabr, 2025
  • 13:07
Azərbaycanın magistral neft kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlirlər açıqlanıb

Azərbaycanın Bakı-Tbilisi-Ceyhan da (BTC) daxil olmaqla magistral neft kəmərlərinin fəaliyyətindən 2025-ci ilin yanvar-sentyabr aylarında əldə etdiyi gəlir 764 milyon 511,5 manat təşkil edib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 3,6 % azdır.

Statistik məlumatlara görə, hesabat dövründə magistral neft kəmərləri şəbəkəsində itkilər ötən ilin eyni dövründə qeydə alınmış 3,5 min tonla müqayisədə 3,8 min ton təşkil edib ki, bu da 8,6 % artım deməkdir.

Məlumat verildiyi kimi, 2025-ci ilin yanvar-sentyabr aylarında magistral neft kəmərləri ilə ümumilikdə 27,593 milyon ton neft nəql edilib. Bu isə 2024-cü ilin eyni dövrünün göstəricisindən 4,4 % azdır. Bununla belə, nəql edilən ümumi həcmin təxminən 74,5 %-i BTC boru kəməri ilə daşınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti