Azərbaycanda karbamid istehsalının həcmləri açıqlanıb

Energetika
  • 14 sentyabr, 2023
  • 08:20
Azərbaycanda karbamid istehsalının həcmləri açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 244 min ton həcmində karbamid istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32,7 % azdır.

Bu il sentyabrın 1-nə 58,1 min ton hazır məhsul istehsalı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.