Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə
- 18 iyul, 2026
- 11:12
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 10-dan artıq ölkəyə 10 milyon 125 min 467,2 ton neft ixrac olunub.
Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkə İtaliya, Çexiya və Bolqarıstandır.
2026-ci ilin 6 ayında Azərbaycan İtaliyaya 3 milyard 495 milyon 238,7 min ABŞ dolları dəyərində 5 milyon 915 min ton, Çexiyaya 497 milyon 377 min ABŞ dolları dəyərində 705 min 791 ton və Bolqarıstana 253 milyon 113 ABŞ dolları dəyərində 358 min 843 ton xam neft ixrac edib.
Aşağıdakı cədvəldə Azərbaycanın yanvar-iyun aylarında neft ixrac etdiyi TOP-10 ölkənin siyahısı göstərilib:
| № | Ölkələr | Miqdar (ton) | 2025-ci ilin 6 ayına nisbətən | Statistik dəyər (min ABŞ dolları) | 2025-ci ilin 6 ayına nisbətən |
| 1 | İtaliya | 5 915 025,7 | -13,3 % | 3 495 238,7 | -3 % |
| 2 | Çexiya | 705 791,3 | -16,6 % | 497 377,6 | +10,6 % |
| 3 | Bolqarıstan | 358 843 | +4,5 dəfə | 253 113,5 | +5,2 dəfə |
| 4 | Rumıniya | 461 317,3 | -32,7 % | 247 845 | -34,4 % |
| 5 | Hindistan | 320 497,3 | -* | 247 367 | -* |
| 6 | Portuqaliya | 395 031,6 | -31,4 % | 221 958 | -28,5 % |
| 7 | Almaniya | 360 299 | -36 % | 210 855,8 | -30,3 |
| 8 | Tunis | 307 167 | +2,4 dəfə | 187 605,1 | +2,8 dəfə |
| 9 | Yunanıstan | 284 374,7 | +22,4 % | 182 764,5 | +41,7 % |
| 10 | Xorvatiya | 276 343 | -63 % | 162 720,4 | -60,2 % |
| Digərləri | 740 777,4 | x | 524 576,7 | x | |
| Cəmi | 10 125 467,2 | -15,9 % | 6 231 422,2 | -2,8 % |
* Ötən ilin eyni dövründə tədarük olmayıb.