Azərbaycandan Biləcəri-Böyük Kəsik marşrutu ilə Ermənistana 48 vaqon neft məhsulu göndərilib
Energetika
- 09 yanvar, 2026
- 15:18
Azərbaycandan Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu daşıyan 48 vaqon Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
"Report"un dəmiryolu stansiyasından verdiyi xəbərə görə, daşınan yüklərə 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel yanacağı daxildir. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Bundan əvvəl, dekabrın 18-də Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı göndərilib.
Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
Son xəbərlər
20:37
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ikinci iclası olub
Xarici siyasət20:35
Ərdoğan braziliyalı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya20:32
"Qarabağ" və "Ayntraxt" komandalarının start heyətləri açıqlanıb
Futbol20:11
Azərbaycan və Moldova ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Biznes20:01
Azərbaycanda bir gün ərzində qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb olub
Maliyyə19:57
Azərbaycan Yüksək Liqasında X tur iki oyunla start götürüb
Komanda19:54
Babək rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika19:53
Foto
Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Elm və təhsil19:53