Azərbaycanda külək enerjisi istehsalı artıb
Energetika
- 24 mart, 2016
- 10:01
Bakı. 24mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda küləklə işləyən stansiyalar tərəfindən 2,0 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur. Bu müddətdə günəş enerjisi ilə işləyən stansiyaların elektrik istehsalı isə 0,7 mln. kVt/saat təşkil edib.
Statistikaya əsasən, ölkədə istilik elektrik stansiyalarının istehsalı isə illik müqayisədə 7,9% azalaraq 3 630,3 mln. kVt/saat, su elektrik stansiyalarının istehsalı isə 33,6% artaraq 195,1 mln. kVt/saata çatıb.
Qeyd edək ki, hesabat dövründə ölkədə cəmi elektrik enerjisi istehsalı illik 6,4% azalaraq 4 006,5 mln. kVt/saatı təşkil edib.
Son xəbərlər
12:09
Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib
Maliyyə12:07
Foto
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
Media12:02
AQEM Asiyada rolunun gücləndirilməsinə yönəlmiş innovativ yanaşmasına görə Azərbaycana təşəkkür edib
Xarici siyasət12:01
Azərbaycanda 6 ayda orta illik inflyasiya 5,7 % olub
Maliyyə12:00
Meloni: Recco-Kalabriyada keçirilən irimiqyaslı əməliyyat zamanı 79 mafiya üzvü həbs edilib
Digər ölkələr11:58
Foto
Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Xarici siyasət11:57
Filippində musson və "İnday" qasırğası səbəbindən 23 nəfər ölüb, 18 nəfər itkin düşüb
Digər ölkələr11:54
Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunlar uyğunlaşdırılır
Maliyyə11:49