Azərbaycanda karbamid istehsalı 3 %-dən çox artıb
Energetika
- 12 iyul, 2025
- 11:16
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 314,8 min ton həcmində karbamid istehsal olunub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 3,3 % çoxdur.
İyulun 1-nə 21,7 min ton hazır məhsul qalığı yaranıb.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
Son xəbərlər
10:05
Kanat İskakov: Şuşa forumu kimi platformalarda manipulyasiyanın qarşısını almaq həll yolları tapıla bilər
Media10:02
Anar Əliyev Zəngilanda vətəndaşları qəbul edəcək
Sosial müdafiə09:58
Banqkokdakı "pub"da baş verən yanğında ölənlərin sayı 30-a çatıb, 76 nəfər yaralanıb
Digər ölkələr09:57
Latifa Akharbach: Medianın məqsədi dezinformasiyanın qarşısını alaraq etimadı yenidən bərpa etməkdir
Xarici siyasət09:55
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib
İKT09:51
Bakıda bu ilin 6 ayı ərzində 1543 yol qəzası olub
Hadisə09:38
Hikmət Hacıyev: Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir
Daxili siyasət09:36
Pezidentin köməkçisi: Bəzi beynəlxalq media qurumları Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı
Daxili siyasət09:30