Ölkədə əmtəəlik qaz hasilatı 3 % artıb
Energetika
- 18 mart, 2026
- 16:31
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 8 milyard 187,9 milyon kubmetr təbii qaz hasil edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 6 milyard 496,8 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 2,3 %, əmtəəlik qaz hasilatı isə 3 % artıb.
Ötən iki ayda Azərbaycanda 4 milyon 343,2 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 4 milyon 331,9 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2025-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə olaraq 3 % azdır.
Son xəbərlər
00:09
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
Region00:01
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
Region23:45
Azərbaycan güləşçilərinin ilk rəqibləri müəyyənləşib
Fərdi23:43
Braziliya Mileyin açıqlamalarından sonra Argentinadakı səfirini geri çağırıb
Digər ölkələr23:24
Hakan Fidanla BMT Baş katibi Suriya və Kipri müzakirə ediblər
Region23:02
"Axios": İrana zərbələri dayandırmağı CENTCOM-un rəhbəri tövsiyə edib
Digər ölkələr22:44
Peruda avtobusların toqquşması zamanı beş nəfər həlak olub
Digər ölkələr22:27
Braziliya Prezidenti ABŞ-nin yeni tariflərini strateji səhv adlandırıb
Digər ölkələr22:12