Azərbaycanda əmtəəlik qaz hasilatı 1 %-ə yaxın artıb
Energetika
- 15 aprel, 2026
- 09:03
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 12 milyard 506,6 milyon kubmetr təbii qaz hasil edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 9 milyard 857,9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,4 %, əmtəəlik qaz hasilatı isə 0,7 % artıb.
Ötən 3 ayda Azərbaycanda 6 milyon 629,7 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 6 milyon 611,9 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2025-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 3,4 % azalıb.
Son xəbərlər
23:50
Ukrayna İranın Xəzərdəki gəmisini vurub, ölən və yaralılar var
Region23:42
Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarılıb
Digər23:25
İsrail hərbçiləri Qəzzada HƏMAS-ın üç komandirini öldürüb
Digər ölkələr23:13
Rusiya ordusu Odessa sahillərində gəmiyə hücum edib, iki dənizçi itkin düşüb
Digər ölkələr22:41
SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib
Region22:30
İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb
Region22:13
ABŞ-də evdə baş verən yanğında səkkiz nəfər ölüb
Digər ölkələr22:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub
Hadisə22:11
Foto
Video