Azərbaycanda dizel yanacağının istehsalı 7 %-dən çox artıb

Energetika
  • 14 noyabr, 2025
  • 16:14
Azərbaycanda dizel yanacağının istehsalı 7 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 milyon 109,3 min ton dizel yanacağı istehsal edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 7,2 % çoxdur.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 4 milyard 562,7 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 % artıb.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 57,6 min ton mazut istehsal edilib. Bu göstərici 2024-cü ilin ilk 10 ayının göstəriciləri ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu müddət ərzində Azərbaycanda 1 milyard 225,2 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin ilk 10 ayının göstəriciləri ilə müqayisədə 2 % azdır.

Hesabat dövründə 30,6 min ton sürtkü yağları, 213,7 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 10 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 45,6 %, neft bitumunun istehsalı isə 9,8 % azalıb.

Həmçinin, hesabat dövründə ölkədə 190 min ton maye qazlar, 582 min ton ağ neft, 191,3 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 14,3 %, neft koksunun istehsalı 10,1 %, ağ neftin istehsalı isə 4,9 % artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti