Azərbaycanda “Aİ-98” markalı benzin cüzi bahalaşıb
Energetika
- 03 avqust, 2021
- 08:25
Bu il avqustun 1-dən Azərbaycanda “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik artırılaraq 1,55 manatdan 1,6 manata çatdırılıb.
Bu barədə "Report"a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi - “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.
"Aİ-98” markalı benzini idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub", - deyə o, qeyd edib.
Xatırladaq ki, ötən həftənin şənbə günü Azərbaycanda “Aİ-95” premium markalı benzinin də qiyməti 5 qəpik artırılıb. Hazırda yanacaqdoldurma məntəqələrində həmin benzinin 1 litri 1,45 manata satılır. Bahalaşmaya səbəb məhsulun istehsalçı ölkədə qiymətinin artmasıdır.
Son xəbərlər
11:27
AMB cari əməliyyatlar balansının profisiti ilə bağlı yeni proqnozlarını açıqlayıb
Maliyyə11:27
Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb
Digər ölkələr11:23
AMB-nin 7 ayda valyuta bazarına alışyönlü müdaxiləsi 2 milyard dolları keçib
Maliyyə11:23
Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq boğulub
Hadisə11:19
Polşalı ekspert Adam Kusior Bakıda gənc boks məşqçiləri üçün təlim keçəcək
Fərdi11:18
Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib
Daxili siyasət11:16
Xankəndi – Şuşa yolunda avtoqəza: 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb
Hadisə11:15
Rəşid Nəzərov Bakıda keçirilən dünya çempionatındakı ilk görüşündə məğlub olub
Fərdi11:12