Azərbaycan xam neft ixracından gəlirlərini 47% artırıb
Energetika
- 13 aprel, 2017
- 12:57
Bakı. 13 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycandan gömrük bəyannamələrinə əsasən 4,867 mln. ton xam neft ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.
Əvəzində Azərbaycan xam neft ixracından gəlirlərini artırıb. Belə ki, 3 ay ərzində xaricə satılmış “qara qızıl”ın dəyəri 1,988 mlrd. ABŞ dolları olub ki, bu da illik müqayisədə 46,9% çoxdur.
Qeyd edək ki, hesabat dövründə xam neft ixracı Azərbaycanın ümumi ixracında 76,3%-lik paya malik olub.
Son xəbərlər
08:13
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:58
"Fars": Husilər Bab əl-Məndəb boğazını bağlamaqla hədələyirlər
Digər ölkələr07:32
Meksikada güclü zəlzələ baş verib
Digər ölkələr07:04
ABŞ Silahlı Qüvvələri İrana daha bir zərbə dalğasını başa çatdırıb – YENİLƏNİB
Digər ölkələr06:39
CNN: ABŞ ordusu İran limanlarını bloklamaqda çətinliklərlə üzləşib
Digər ölkələr06:26
İsrail bir neçə vətəndaşının Suriyaya qanunsuz giriş cəhdinin qarşısını alıb
Digər ölkələr05:52
BDT Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiqinə qarşı çıxıb
Digər ölkələr05:20
Fransanın Fontenblo meşəsində yanğın bir həftədən çoxdur davam edir
Digər ölkələr04:42