Azərbaycan Türkiyədən sentyabrda elektrik məhsulları idxalına çəkdiyi xərci 21 %-ə yaxın azaldıb
- 04 oktyabr, 2025
- 14:56

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 165,561 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 % azdır.
Təkcə sentyabrda Türkiyə Azərbaycana 20,16 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 20,9 % azdır.
9 ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 5,7 % artaraq 12,893 milyard ABŞ dollarına, sentyabr ayında isə 5,7 % artaraq 1,517 milyard ABŞ dollarına çatıb. Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 1 milyard 293,474 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,5 % çox), Almaniya 1 milyard 009,521 milyon ABŞ dolları (+ 0,1 %) və ABŞ 784,572 milyon dolları (+ 43,3 %) dəyərində həyata keçirib.