Azərbaycan təbii qaz ixracından qazancını 8 %-dən çox artırıb

Energetika
  • 17 noyabr, 2025
  • 12:35
Azərbaycan təbii qaz ixracından qazancını 8 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 20 milyard 648 milyon 829,71 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 7 milyard 417 milyon 792,98 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 3,2 % az, dəyəri isə 8,3 % çoxdur.

Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,28 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,9 % azalıb, idxal isə 15,6 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti