Azərbaycan Rusiyaya polietilen satışını 3 dəfə artırıb
- 13 sentyabr, 2023
- 11:54
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 100,4 milyon ABŞ dolları dəyərində 97 min 341 ton polietilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 60 % çoxdur.
Azərbaycan Rusiyaya 54,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 41 min 569 ton (+3 dəfə), Türkiyəyə 23,59 milyon ABŞ dolları dəyərində (-21 %) 28 min 660 ton (+29 %), Çinə 17,66 milyon ABŞ dolları dəyərində (+4,9 %) 22 min 365 ton (+51 %), Ukraynaya 2,26 milyon ABŞ dolları dəyərində (-15 %) 2 min 415 ton (+32 %), Belarusa 927,12 min ABŞ dolları dəyərində (+25 %) 786,5 ton (+78 %) məhsul satıb.
Hesabat dövründə Azərbaycana 42,23 milyon ABŞ dolları dəyərində (+23 %) 34 min 204 ton (+41,3 %) polietilen gətirilib.
Azərbaycan İrandan 25,37 milyon ABŞ dolları dəyərində (+19,3 %) 21 min 974 ton (+41 %), Səudiyyə Ərəbistanından 7 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 6 min 164 ton (+2,6 dəfə), Amerika Birləşmiş Ştatlarından 2,56 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 1 min 615 ton (+2,8 dəfə), Rusiyadan 2,41 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 2 min 132 ton (+3,3 dəfə), Koreyadan 2 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 747 ton (+2,6 dəfə) məhsul alıb.