Azərbaycan qaz ixracını 17% artırıb
Energetika
- 09 iyul, 2020
- 05:56
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xaricə qaz satışı 6,5 mlrd kubmetr təşkil edib.
Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9% çoxdur.
Cari ilin yanvar-iyun aylarında Türkiyəyə 5,2 mlrd kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,3 mlrd kubmetr olub.
Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.
Son xəbərlər
22:39
Qurban Qurbanov: "Rəqib çox yaxşı müdafiə olundu"
Futbol22:31
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
Xarici siyasət22:18
Hörmüz boğazındakı son proseslər müzakirə olunub - YENİLƏNİB
Region22:14
"Vestri"nin baş məşqçisi Daniel Osafo-Badu: "Qarabağ" möhtəşəm oyun sərgilədi"
Futbol22:01
Zelenski: Yaxın günlərdə Ukrayna ABŞ-dən zenit raketləri alacaq
Digər ölkələr21:53
Foto
Video
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
Futbol21:51
ADA Universitetinin tələbələri Azərbaycanın Gürcüstandakı səfirliyində təcrübə keçiblər
Daxili siyasət21:41
Azərbaycan süni intellektin idarə olunması üzrə ilk Qlobal Dialoqa qoşulub
Xarici siyasət21:26