Azərbaycan OPEC+ çərçivəsində əməkdaşlığın davam etdirilməsini vacib sayır

Energetika
  • 15 mart, 2018
  • 07:30
Azərbaycan OPEC+ çərçivəsində əməkdaşlığın davam etdirilməsini vacib sayır
Pərviz Şahbazov
Report/ Firi Salim

Bakı. 15 mart. REPORT.AZ/ "OPEC+ formatında bir müddətdir çox uğurlu fəaliyyət həyata keçirilir. Bu fəaliyyət nəticəsində OPEC və qeyri-OPEC ölkələrinin birgə həyata keçirdiyi tədbirlər hesabına neftin qiyməti beynəlxalq bazarda sabitləşib".

“Report"un verdiyi xəbərə görə, bunu energetika naziri Pərviz Şahbazov bildirib.

"Bu işin nəticəsini görərək həm OPEC ölkələri, həm də qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan  düşünür ki, bu fəaliyyəti davam etdirmək lazımdır. Bu ilin iyun ayında Vyanada (Avstriya) OPEC-in qərargahında nazirlər səviyyəsində növbəti görüş planlaşdırılır. Ümid edirik ki, orada yenə də çox faydalı qərarlar qəbul ediləcək. Bu da neftin qiymətinin bazarda sabitləşməsinə xidmət edəcək” - nazir deyib.