Azərbaycan neftinin qiyməti 73 dollara düşüb

Energetika
  • 03 may, 2018
  • 05:30
Azərbaycan neftinin qiyməti 73 dollara düşüb

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,38 dollar və yaxud 1,84% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 73,82 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.