Azərbaycan neftinin qiyməti 65 dolları ötüb

Energetika
  • 16 fevral, 2018
  • 05:36
Azərbaycan neftinin qiyməti 65 dolları ötüb

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,57 dollar və yaxud 0,88% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 65,27 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.