Azərbaycan neftinin qiyməti 65 dolları keçib

Energetika
  • 25 noyabr, 2017
  • 06:57
Azərbaycan neftinin qiyməti 65 dolları keçib

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,25 dollar və yaxud 0,39% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 65,05 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.