Azərbaycan neftinin qiyməti 53 dolları keçib

Energetika
  • 30 mart, 2017
  • 05:37
Azərbaycan neftinin qiyməti 53 dolları keçib

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,54 dollar və yaxud 1,03% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 53,03 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.