Azərbaycan neftinin qiyməti 50 dolları ötüb

Energetika
  • 24 noyabr, 2016
  • 05:51
Azərbaycan neftinin qiyməti 50 dolları ötüb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,34 dollar və yaxud 0,68% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,03 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb