Azərbaycan neftinin Ceyhan limanından ixracı artıb
Energetika
- 07 sentyabr, 2016
- 08:40
Bakı. 7 sentyabr. REPORT.AZ/ Cari ilin avqust ayı ərzində 2 474 405 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb ki, bu da illik müqayisədə 12,2% çoxdur.
"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, avqustda Ceyhan limanından dünya bazarına çıxarılan neftin 1 273 708 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 20 103 252 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% çoxdur.
Ümumiyyətlə, BTC kəməri istismara verilən gündən 2016-cı il sentyabrın 1-ə qədər Ceyhan limanından 311 297 024 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.
Son xəbərlər
02:16
Britaniya müdafiə üçün 20 milyard dollar ayırmaq niyyətindədir
Digər ölkələr01:35
Seneqal - İraq oyununun ən yaxşı fubolçusu Pap Qeye seçilib
Futbol01:32
Usman Dembele Norveç - Fransa matçının ən yaxşı fubolçusu adına layiq görülüb
Futbol01:06
Foto
DÇ-2026: Seneqal İraqa 5 cavabsız qolla qalib gəlib - YENİLƏNİB-7
Futbol01:05
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib - YENİLƏNİB
Region01:00
Foto
DÇ-2026: Fransa Norveçi Dembelenin qolları ilə məğlub edib - YENİLƏNİB-6
Futbol00:13
"Neftçi" slovakiyalı hücumçunu transfer edib
Futbol00:10
Burkina Faso Fransa ilə diplomatik əlaqələrini kəsib
Digər ölkələr23:47