Azərbaycan nefti ucuzlaşıb

Energetika
  • 24 may, 2018
  • 05:31
Azərbaycan nefti ucuzlaşıb

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,43 dollar və yaxud 1,76% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 79,89 dollar/barelə bərabər olub. 

Qeyd edək ki, bu il ilk dəfə ötən həftə "Azeri LT CIF" markalı neftin qiyməti 81 dolları keçmişdi.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.