Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika
- 14 yanvar, 2022
- 06:32
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,33 ABŞ dolları, yaxud 0,37 % azalaraq 88,12 ABŞ dollara çatıb.
Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.
Ötən gün “Brent” markalı neftin bir bareli 84,36 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
15:02
Azərbaycanda işçilərin ezamiyyə qaydalarında dəyişiklik edilib
Maliyyə15:01
"Araz-Naxçıvan" heyətini qvineyalı futbolçu Mamadu Kane ilə gücləndirib
Futbol14:58
Pavloqrada endirilən zərbə nəticəsində xəsarət alanların sayı 19-a çatıb - YENİLƏNİB
Digər ölkələr14:54
Elmar Baxşıyev: "Dinamo" ilə matçda fərdi səhvlər "Neftçi"də özünəinamı azaltdı"
Futbol14:54
Foto
Azərbaycanın Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn edilib
İncəsənət14:51
Azərbaycanlı jurnalistlərə Qırğızıstanda şahin ovu göstərilib
Turizm14:48
AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir
Maliyyə14:48
"Barselona" Kərim Adeyeminin transferini rəsmiləşdirib
Futbol14:29