Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika
- 26 may, 2022
- 05:08
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,10 % azalaraq 122,81 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Ötən həftənin şənbə günü “Brent” markalı neftin bir bareli 114,48 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
09:45
"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə09:44
Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
Sosial müdafiə09:43
Rusiyanın Ukraynaya zərbələri nəticəsində 3 nəfər ölüb, onlarla insan xəsarət alıb
Digər ölkələr09:39
Lamin Yamal unikal rekorda imza atıb
Futbol09:37
Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
Energetika09:34
Avropa Komissiyasının rəhbəri Kiyevə gedib
Region09:30
"Azpetrol" şirkəti 29 yaşını qeyd edir
Biznes09:21
Almatıda transmilli mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri saxlanılıb
Region09:21