Azərbaycan nefti bahalaşmaqda davam edir

Energetika
  • 31 iyul, 2018
  • 05:29
Azərbaycan nefti bahalaşmaqda davam edir

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,22 dollar və yaxud 0,30% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 76,40 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.