Azərbaycan nefti 60 dollara qədər ucuzlaşıb

Energetika
  • 07 fevral, 2020
  • 05:31
Azərbaycan nefti 60 dollara qədər ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,87 ABŞ dolları və yaxud 1,41% azalıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,66 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.