Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Energetika
- 21 may, 2022
- 05:31
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,63 ABŞ dolları, yaxud 2,2 % artaraq 121,62 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 112,55 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
00:35
Venesuelada zəlzələ qurbanlarının sayı artıb
Digər ölkələr00:23
Çilidə avtomobil yarmarka ziyarətçilərini vurub, altı nəfər ölüb
Digər ölkələr23:58
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb
Hadisə23:54
Əraqçi BMT rəsmisi ilə görüşdə ABŞ-nin son hücumlarını pisləyib
Region23:47
Foto
Azərbaycan güləşçisi Yusif Dursunov Avropa çempionu olub
Fərdi23:32
Nərimanovda çoxmərtəbəli binanın zirzəmisi alışıb
Hadisə23:26
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Hadisə23:09
Türkiyənin ədliyyə nazirinə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər saxlanılıb
Region22:53
Foto