Azərbaycan neft məhsullarının ixracını 3 %-dən çox artırıb

Energetika
  • 15 sentyabr, 2025
  • 16:53
Azərbaycan neft məhsullarının ixracını 3 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 438 min 660,24 ton həcmində neft məhsulları ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 233 milyon 305,78 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 3,6 % çox, dəyəri isə 14,9 % azdır.

Hesabat ayında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 1,37 % olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,4 % azalıb, idxal isə 17,9 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti