Azərbaycan neft ixracını 32% artırıb
Energetika
- 18 fevral, 2019
- 06:55
Bakı. 18 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən Azərbaycan 2,395 mln. ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1,018 mlrd. ABŞ dolları təşkil edib.
Bu ilin yanvar ayında ixrac olunan məhsulun miqdarı ötən ilin yanvar ayından 32%, dəyəri isə 16% çoxdur.
Xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları yanvarda Azərbaycanın ümumi ixracının 79,56%-ni tutub.
Son xəbərlər
09:54
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Energetika09:49
Anar Quliyev BMT-də Azərbaycanın şəhərsalma prioritetlərini təqdim edib
İnfrastruktur09:46
İordaniyanın HHM sistemləri İranın üç raketini vurub
Digər ölkələr09:45
Xankəndidə ev yanıb
Hadisə09:45
Yaponiyanın imperator ailəsinin qadınları taxta çıxmaq hüququ əldə etməyəcək
Digər ölkələr09:44
Foto
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq
İKT09:36
Azərbaycanda vəkillərin sayı 3 mini keçib
Hadisə09:34
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb
Region09:32