Azərbaycan metanol istehsalını 20%-dən çox artırıb
Energetika
- 15 sentyabr, 2020
- 13:57
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 327,3 min ton metanol (metil spirti) istehsal olunub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% çoxdur.
Metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir. Zavod 2013-cü ildə istismara verilib, 2016-cı ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.
Son xəbərlər
08:43
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Daxili siyasət08:36
İsveç - Tunis matçının ən yaxşı oyunçusu bəlli olub
Futbol08:31
Avropa ölkələri İranın nüvə şərtlərinə əməl edəcəyi təqdirdə sanksiyaların ləğvinə hazırdır
Digər ölkələr08:14
WSJ: Hörmüz boğazının açılması ABŞ-İran razılaşması üçün əsas şərtdir
Digər ölkələr07:57
DÇ-2026: İsveç Tunis millisini 5 qolla məğlub edib - YENİLƏNİB-8
Futbol07:50
Quterreş BMT-nin Yaxın Şərqdə sülhə yardım etməyə hazır olduğunu bildirib
Digər ölkələr07:21
CNN: ABŞ və İran saziş imzalamazdan əvvəl Dohada hazırlıq məsləhətləşmələri keçirəcəklər
Digər ölkələr07:07
NYT: İranın xarici işlər naziri ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcək
Digər ölkələr06:49