Azərbaycan ilə Çin "yaşıl enerji"nin istehsalı və ixracını müzakirə edib

Energetika
  • 27 oktyabr, 2025
  • 16:31
Azərbaycan ilə Çin yaşıl enerjinin istehsalı və ixracını müzakirə edib

Azərbaycan ilə Çin arasında dənizdə və quruda külək, o cümlədən günəş enerjisinin istehsalı və ixracı müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, müzakirələr "China Energy Engineering Corporation Limited" şirkətinin vitse-prezidenti Lu Xu ilə görüşdə aparılıb.

Onun sözlərinə görə, enerji sahəsində hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində prioritet layihələrin icrasına dair səmərəli görüş keçirilib:

"Dənizdə və quruda külək və günəş enerjisinin istehsalı və ixracı, ötürücü şəbəkələrin inkişafı, "Yaşıl Enerjinin İnkişafı üzrə Birgə Tədqiqat Mərkəzi"nin yaradılması, eləcə də ümumi gücü 760 MVt olan günəş elektrik stansiyalarının avadanlıqlarla təchizatı istiqamətində əməkdaşlığın mövcud vəziyyətini və növbəti addımları müzakirə etdik".

Son xəbərlər

Bütün Xəbər Lenti