Azərbaycan Gürcüstana 2,2 mlrd. kubmetr qaz ixrac edib
Energetika
- 30 yanvar, 2018
- 11:17
Bakı. 30 yanvar. REPORT.AZ/ Ötən il Gürcüstana 2 194,6 mln. kubmetr həcmində Azərbaycan qazı nəql edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin Yanacaq-energetika kompleksində 2017-ci il üzrə fəaliyyətə dair hesabatında qeyd olunub.
Hesabat ilində Gürcüstana nəql olunan qazın həcmi 2016-cı ilə nisbətən 12% artıb.
Gürcüstana 2017-ci ildə nəql olunan qaz həcminin 814,9 mln. kubmetri Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə (“Şahdəniz” qazı) nəql edilib. Bu kəmərlə Gürcüstana ötürülən qazın həcmi 2016-ci ildən 2,8% çoxdur.
Hesabat dövründə 1 379,7 mln. kubmetr qaz isə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Qazıməmməd-Qazax qaz xətti ilə nəql edilib və bu, illik müqayisədə 18% çoxdur.
Son xəbərlər
15:12
Foto
Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib
Hadisə15:12
"Qəbələ" Eduardo Kunde ilə yollarını ayırıb
Futbol15:12
Azərbaycan əsas tədarük bazarından quzu ətinin alışını kəskin artırıb
Biznes15:04
Foto
"Böyük Qayıdış" çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verilib
Daxili siyasət15:03
Cevdet Yılmaz: Türkiyə Avropada bütün müdafiə və təhlükəsizlik təşəbbüslərində iştirak etməlidir
Region14:55
Foto
Oğuzda buğda daşıyan TIR yanıb
Hadisə14:55
Xurram Teşabayev: "Özbəkistan Azərbaycan vasitəsilə Avropaya 5 QVt-dək "yaşıl enerji" tədarük etməyə hazırdır" - MÜSAHİBƏ
Energetika14:52
"Gəncə" Sona Atayeva ilə yeni müqavilə imzalayıb
Komanda14:52